Xidmətlərimiz

Bütün bağ sahibləri və həvəskar bağbanların nəzərinə! 

“Bamagro” MMC pestisidlərin və gübrələrin satışından əlavə bağların,əkin sahələrinin və istixanaların kimyəvi mühafizəsi və aqrotexniki qulluq üçün sifarişlər də qəbul edir. Sifarişçi müracət etdikdən sonra müqavilə bağlanılır,quluq ediləcək bağ sahəsindən torpaq nümunəsi götürülərək analiz olunur və analizin nəticələrinə uyğun olaraq aqrotexniki qulluq və kimyəvi mühafizə tədbirlərinə başlanılır. Aqrotexniki və kimyəvi mühafizə tədbirlərin düzgün yerinə yetirilməsi mühüm şərtdir. Bütün sifarişcilərə gələcəkdə lazımi məsləhətləri verməyi öhdəmizə götürürük. Sizinlə əməkdaşlıq etməyimizdən məmnunuq.

Bağları xəstəliklərdən və zərərvericilərdən qorumaq bizim işimizdir !

 


Hörmətli müştərilər! 

Bitki mühafizəsi ilə məşğul olmağımızda əsas məqsədimiz Respublikamızda geniş yayılmış xəstəliklər və zərərvericilərlə mübarizə apararaq,aqrotexniki tədbirləri düzgün və vaxtında həyata keçirmək, ekoloji təmiz məhsul əldə etməkdə fermerlərə yaxından kömək etməkdir. Bu məqsədlə biz İngiltərədən,Yaponiyadan,Avstriyadan,Fransadan,Belgiyadan və Hindistandan sınaq üçün pestisid və gübrələri ixrac etdik. Hər bir pestisidi və hər bir gübrəni müxtəlif bölgələrdə, müxtəlif bitkilərdə iki il təcrübə-sinaqdan  keçirtdik . Hava və iqlim şəraitinə görə sınadığımız pestisid və gübrələrin məsarif normalarını və tətbiq etmə vaxtlarını tam müəyyənləşdirdik. Hal-hazırda şirkətimizdə Avropa və Asiyə ölkələrində istehsal olunmuş, dövlət qediyyatından keçmiş 25-dən çox pestisid və gübrələr mövcuddur. Gələcəkdə müştərilərlə müntəzəm əlaqədə olaraq onlara lazımı məsləhətləri verməyi, yeniliklərdən xəbərdar etməyi, bir sözlə onlarla əmkdaşlığımızı davam etdirməyi nəzərdə tutmuşuq.  

 


Zərəvericilərə və xəstəliklərə qarşi bitkilərin  

kimyəvi mühafizəsi və alaq otlarına qarşı mübarizə

 

    Yazın elə ilk günlərində meyvə bağlarında bir çox xəstəliklərə rast  gəlmək olur. Ağacların çiçəklənmə ərafəsində zərərvericilərə, göbələk xəstəliklərinə tez-tez rast gəlinir. Bu yaranan fəsadları aradan qaldırmaq üçün kimyəvi mühafizə tədbirlərini həyata keçirmək lazımdır. Bunun üçün ziyanverici həşaratlara qarşı, göbələk xəstəliklərinə qarşı, müxtəlif alaq otlarına qarşı lazımı tədbir görülməlidir. Qeyd etdiyimiz kimi yaz aylarında daha çox zərərverici həşaratlara və xüsusəndə şaftalı ağaclarında yarpaq qıvrıqlığına rast gəlinir.


ŞAFTALI-XƏSTƏLİKLƏRİ
Yaz möhsümündə sıx rast gəlinən xəstəliklərdən biri Şaftalida yarpaq qivriqliğiı xəstəliyidir. Bu xəstəliyyə qarşı vaxtında lazımı tədbirlər görmək lazımdır. Həmin xəstəliklə mübarizədə istifadə edəbiləcəyiniz preparatlar:
1.Kuproxat- (Avstriya). Dərmanlama zamanı ilk növbədə hava şəraitin sakit, küləksiz olmasına nəzər yetirmək lazımdır. Ağac yarpaqların tam islanması təmin olunlamıdır.
2.Champion- (Avstriya) əsasən tumurcuqların oyanmamış dövürdə istifadə oluna bilər.
3.Affet - (Yaponiya) Monlioz xəstəliyinə qarşı.

ZƏRƏRVERİCİ LƏR. 
Ən geniş yayılmış ziyanverici meyvə çiçəkyeyəni, mənənələr, ağacovan (sariağacqurdu), meyvəyeyənlər, armudbirəsi, almagüvəsi, alma qanli mənənəsi, albalimilçəyi, yarpaq güvəsi, yarpaqbükənlər, tumurcuq tirtillari. Bitkilərin zərif budaqlarında, yarpaqlarında bəzən şirə kimi parlaq, yapışqanlı maddə olur. Bəzən də yarpağın şah damarını xortumu ilə qoparır və nəticədə, yarpaq bükülür.  Mənənə həmin büküşün içərisində qidalanır və sürfə qoyaraq çoxalır. Ziyanverici həşəratları məhv etmək üçündür insektisidlər və akarisidlərdən istifadə olunur.
 Mübarizə tədbirləri:
1. Sipcamol E –(İtaliya) Yastıca,yalançı yastıca, böcəklərin qişliq yumurtalarina və sürfələrinə qarşi istifadə olunur.
2. Superkil-Forte- (İngiltərə) Mənənə, unlu bit və çiçəkyeyənə qarşi istifadə olunur.
3. Ortus-  (Yaponiya) gənələrə qarşi istifadə olunur.

Alma bağında rast gəlinən zərərverici və  xəstəliklər.

ZƏRƏRVERİCİLƏR
Yastıca və yalançı yastıca – Almada ən böyük problemli zərərverici.
Applaud-(Yaponiya)-İuyn ayının ortalarında yastıcaların nəslini kəsmək məqsədi ilə-çilənilməlidir.
Alma iç qurdu -  Qış aylarında ağacların catlamış qabıqları arasında sürfə şəklində qışlayan daxili qurd sürfələri aprel ayının sonunda May ayının əvvəlində pupa çəklinə çevrilir. Mayın sonunda pupadan çıxan dişi kəpənəklər isti hava şəraitində yumurtlayırlar. Həmin yumurtalardan çıxan sürfə 4 saat ərzində meyvəyə girərək orda bəslənir və meyvəni tərk edir. Alma qurdu ilə zədələnmiş meyvələr tənəffüsə 2-3 dəfə çox şəkər sərf edir və çürüyür. Bu zərəvericinin zədələdiyi meyvələr adətən yerə tökülür.

Mübarizə tədbirləri:

Superkill-Forte (İngiltərə) - Bitkilərin vegetasiya dövründə zərərvericilərə qarşi istifadə olunur.
XƏSTƏLİKLƏR     

UNLU ŞEH XƏSTƏLİYİ

Unlu şeh xəstəliyi- Ən çox yayılmış xəstəlik olub, bir çox göbələklər tərəfindən əmələ gəlir. Xəstəlik zamanı yarpaqların, budaqların, gövdələrin və qönçələrin üzəri un kimi ağ və ya bir qədər qonura çalan kiflə örtülmüş olur. Nəticədə, yarpaqlar bükülür, rəngləri ağımtıl olmaqla bitki zəifləyir və məhv olur. Həmin xəstəlik çox sürətlə digər ağaclara yayıla bilər. Bunun qarşısını almaq üçün vaxtında lazımı tədbirlər görülməlidir.
 

Mübarizə tədbirləri:
  
Mystik (Avstriya) – vegetasiya dövründə çilləmə üsulu ilə  istifadə olunur.

 

QARA LƏKƏ (DƏMGİL) XƏSTƏLİYİ
Qara ləkə (dəmgil) xəstəliyi– alma və armud ağaclarını yoluxduran xəstəlikdir. Onun ən qorxulu halı odur ki, xəstəlik tumurcuqların əmələ gəldiyi dövrdə başlayır. Xəstəlik hər iki bitkinin yarpaq, meyvə üzərində açıq yaşıl yağlı ləkə əmələ gətirir.  Dəmgil xəstəlik törədiciləri çantalı göbələklərdir. Venturia inaegualis göbələyi almada, Venturia pirina göbələyi isə armudda dəmgil xəstəliyini törədir. Alma və armud bitkisində dəmgil xəstəliyinin infeksiya mənbəyi tökülmüş xəstə yarpaqlardır. Xəstəliyin inkubasiya müddəti 8-21 gün davam edir

Mübarizə tədbirləri:
Affet (Yaponiya)– sistem təsirə malik olub tərkibində maye formasında 200q/lt Pentopirat vardir.
Kuproxat(Avstriya)– suda tez həll olunan qranul formasinda 34.5 % mis (mis sulfat) vardir.
Pirus (İngiltərə)– lokal sistemik və translaminar xüsusiyətinə malik olub, tərkibində maye formasinda 400qr/l Pyrimetanil vardir.
Nando (Avstriya)– sistem təsirli preparat olmaqla tərkibində 500qr/lt Fluazinam vardir.
Langrif (Hindistan)– kontakt təsirli tərkibində islanan toz formasinda  75% mankozeb vardir


Alaq otlarına qarşı mübarizə
Əkinçilikdə alaq otlarına qarşı istifadə olunan kimyəvi maddələr herbisidlər adlanır. Əkin sahələrində yayılan alaq otları sürətlə inkişaf edib bitkilərin işıqdan istifadə etməsinin çətinləşdirir, torpaqdan küllü miqdarda su və qida madələrini mənimsəməklə bitkilərin böyümə və inkişafını zəiflədir, məhsulun və məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur. Bunun üçün yaz və yay aylarında alaq otlarına qarşı kimyəvi mübarizə aparmaq lazımdı. Kimyəvi mübarizə zamanı hava şəraitinin küləksiz olmamasına nəzər yetirmək lazımdı.
 

Mübarizə tədbirləri:
Lucky (İngiltərə)  –Sistem təsirlidir, birillik və çoxillik enliyarpaqlı və daryarpaqlı alaq otlarına qarşı istifadə olunur. Tərkibində 480gr/lt Glyphosate isopropylamin duzu vardır.
Credit Xtreme  (Avstriya)    –Sistem təsirlidir,  birillik və çoxillik enliyarpaqlı və daryarpaqlı alaq otlarına qarşı istifadə olunur. Tərkibində 540gr/lt Glyphosate isopropylamin duzu vardır.
Kabuki  (Yaponiya) – Kontakt təsirlidir, enliyarpaqlı alaq otlarına  və kök pöhrələrinə qarşı istifadə olunur. Tərkibində 26.5 q/lt Pyrimethanil vardır.

google analytics kodunuz