Buğda haqqında

10.08.2018 | 2,789 Baxılma | 0 Şərh yazdı

Buğda tək illik bir bitki olub, hər cür iqlim və torpaq şəraitində yetişə bilən çox sayda çeşidləri olduğuna görə dünyanın demək olar ki, hər yerində becərilir. Buğda istər dünyada, istərsə də ölkəmizdə ən çox istehsal olunan kənd təsərrüfatı məhsuludur.

İqlim tələbi
Buğda ümumiyyətlə ilıq və sərin iqlim şərtlərində yetişir. Buğda, inkişafının ilk dövrələrində (cücərmə) yüksək istiliyi sevmir. İstilik 5-10 ºC; nisbi rütubət 60% -indən çox olsa bitki normal inkişafına davam edir. Vegatatif inkişaf mərhələsinə keçdikdə isə əksinə,çox istilik istəmir. 10-15 ºC-lik istilik, 66% nisbi rütubət və az işıq,inkişaf üçün zəmindir. Buğda illik yağışı 350-1150 mm olan iqlim bölgələrində yetişdirlir. Keyfiyyətli-bol məhsul illik yağışı 500-600 mm və nəmli torpaqlarda almaq olur.

Torpaq tələbatı
Dərin, gilli, qumlu -gilli və yüksək orqanik maddəsi olan, fosfor və əhəngli torpaqlar buğda üçün ən ideal torpaqlardır. Torpaqda üzvi maddə artdıqca, buğdanın məhsuldarlığı da artır. Qida maddəsi cəhətdən kasıb torpaqlarda yem növləri, orta şərtlərdə çörəklik növləri, ən yaxşı şərtlərdə makaronluq növlərin yetişdirilməsi daha uyğundur.

Növləri
Buğda növləri ümumiyyətlə yem qrupu, makaronluq buğda qrupu, çörəklik buğda qrupu olmaqla 3 qrupa ayrılır. Yem qrupu altında yetişdirilən buğdaları daha çox heyvan yemi, qismən də yarma olaraq istifadə edilər.

Torpaq hazırlığı
Quru iqlimin hakim olduğu ərazilərdə bölgələrdə buğda-nadas və ya buğda-mərcimək əkin növbəsi tətbiq olunmaqdadır. Rütubətli iqlim hakim olan regionlarda isə kartof, pambıq kimi bitkilərlə növbələşdirilir. Buna görə də payızda ilk məhsul yığımından sonra, bitki qalıqları təmizlənməli və ya uyğun alət parçalanmalı, torpaq hazırlanmalıdır.

Əkin
Payıslıq buğda əkilməsi 15 oktyabr-15 noyabr tarixləri arasında keçirilir. Gündəlik orta temperaturun 5-8 ºC ətrafında əkilir. Qışlıq buğdaların 5-8 sm dərinlikdə əkilməsi səmərənin artmasında əhəmiyyətli faktordur. Əkinə hazır vəziyyətə gətirilən toxum yatağına quru şəraitdə 150-170 kq / ha, rütubətli şərtlərdə isə 130-150 kq/ha əkilməlidir.

Gübrələmə
Buğdanı gübrələmək üçün mütləq torpaq təhlilləri aparılmalıdır. Buğdaya quru şəraitdə 60-80 kq /ha N, 90 kq/ha P2O5, sulanan şəraitdə isə 160 kq/ha N, 130 kq/da P2O5 qarşılığı azotlu və fosforlu gübrələr verilməsi məsləhət görülür. Azotlu gübrənin ilk yarısı və fosforlu gübrənin hamısı əkində, azotun ikinci yarısı isə cücərmə başlanğıcında tətbiq olunmalıdır. Azotlu gübrə torpaq səthinə verilməlidir.

Suvarma
Buğda bitkisinin ən çox su istehlak etdiyi dövrləri cücərmə, çiçəklənmə və yetişmə dövrləridir. Cücərmə Mart sonu, çiçəklənmə Aprelin əvvəli və yetişkinliyə is Mayın əvvəlli çatır. Buğda əvvəlcə çiçəklənmə başlanğıcı və yetişmə dövründə iki dəfə sulanmalıdır. Ancaq suyun bahalı və qıt olduğu yerlərdə, bitki çiçəklənməyə başladığında aparıla bilər. Suyun bol olduğu və quraq keçən mövsümlərdə isə cücərmə, çiçəklənmə və yetişmə dövrü olmaq üzrə 3 dəfə sulanmalıdır.

npcagro.com//

Buğda haqqında

Şərh yoxdur

Şərh göndər

 59805

google analytics kodunuz